[b]Rəqibmizin heyətində növbəti itki[/b]
22.03.2017 - 21:00
[b]Rəqibmizin heyətində növbəti itki[/b]

DÇ-2018-in seçmə mərhələsində millimizlə qarşılaşacaq Almaniya yığması daha bir itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, bundestim Sami Xediranın xidmətindən məhrum olub.

 

Belə ki, bir neçə saat sonra İngiltərə yığması ilə sınaq oyununda üz-üzə gələcək “panzerlər”in yarımmüdafiəçisi millinin heyətində məşq edərkən xəsarət alıb. “SKY Sports”un yaydığı xəbərdə bildirilib ki, “Yuventus”un yarımmüdafiəçisi dizindəki ağrılar səbəbindən hazırlıq matçını buraxacaq.

 

Daha sonra müayinə olunacaq oyunçunun millimizlə görüş üçün Bakıya gətirilib-gətirilməyəcəyinə qərar veriləcək.

 

Qeyd edək ki, martın 26-da Bakıda millimizin qonağı olacaq Bundestimin heyətində Məsut Özil, Mario Qomes, Manuel Noyer və Julian Draksler də zədəlidir.

0