[b]“Qələbə seriyamızı Bakıda da davam etdirəcəyik”[/b]
23.03.2017 - 12:26
[b]“Qələbə seriyamızı Bakıda da davam etdirəcəyik”[/b]

İngiltərə ilə yoxlama oyunundan sonra Almaniya millisinin baş məşqçisi Yoahim Lövün mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, mütəxəssis martın 26-da Bakıda Azərbaycan millisi ilə keçiriləcək DÇ-2018-in seçmə oyunu barədə sualları da cavablandırıb.

 

- İngiltərə ilə qarşılaşmada gördüklərimizdən nələri Bakıda nümayiş etdirəcəksiz?

- Azərbaycan yığmasına qalib gəlmək

yönündə bir çox taktiki ideyalarımız var. Bu matçda daha az qüvvə sərf edib-etməyəcəyimizi deyə bilmərəm. Heyətdə də dəyişikliklər ola bilər. İngiltərə ilə matçda əsasən gənclərə şans verdik. Amma seçmə oyunlarında təcrübəyə də ehtiyac var.

 

- Azərbaycanla rəqib meydanında qarşılaşacaqsız. Belə səfər Almaniya üçün çətin olacaq?

- Xeyr. Azərbaycana səfər bizim üçün əlavə çətinlik olmayacaq. Düzdü, zədədən dönmüş futbolçular var ki, onlar məşqlərə qoşulmalıdı. Tamamilə oyuna köklənməliyik. Çünki oyunun özü isə asan olmayacaq. Azərbaycan bütün matçlarda olduğu kimi seçmə mərhələdə də yaxşı çıxış edir.

 

- Azərbaycan sizin üçün ilk növbədə hansı çətinliklə əlamətdardı?

- Uzun yol, saat fərqi və xoş olmayan şərtlər. Lakin bütün bunlar bizim üçün əhəmiyyət kəsb etmir. Tamamilə əminəm ki, qələbə seriyamızı Bakıda da qol buraxmadan davam etdirəcəyik. Bu bizim qarşıdakı günlər üçün məqsədimizdi.

 

- Mark-Andre ter Şteqeni Bakıda da meydanda görəcəyik?

- Bunu hələ müzakirə etməmişik. Ona görə dəqiq heç nə deyə bilmərəm.

0