[b]Yulian Veyql: Bakıda oynaya biləcəyimə ümid edirəm[/b]
23.03.2017 - 14:43
[b]Yulian Veyql: Bakıda oynaya biləcəyimə ümid edirəm[/b]

“Ayağımdakı zədə o qədər də ciddi deyil. Amma kiçik olsa da, çox pis ağrılar verir”. Apasport.az saytının məlumatına görə, bu sözləri Almaniya millisinin futbolçusu Yulian Veyql deyib.

 

İngiltərə ilə dünən keçirilən yoxlama oyununun 65-ci dəqiqəsində əvəzlənən futbolçu ayağındakı ağrılardan şikayətlənib. Buna baxmayaraq, Dortmund “Borussiya”sının üzvü Azərbaycan millisi ilə martın 26-da Bakıda keçiriləcək matçda forma geyinəcəyinə ümidlidi: “İndi vəziyyətimin qısa müddətdə düzəlməsini gözləyirəm. Yığma ilə Bakıya yollansam da, durumuma orada aydınlıq gələcək. Çünki bir gündə hər şey düzələ də bilər. Amma bu vaxtın yetərli olmaması da mümkündü. İstənilən halda növbəti matçda da şans qazanacağıma ümidliyəm”.

 

Qeyd edək ki, Almaniya İngiltərə ilə matçda 1:0 hesabı ilə qalib gəlib.

 

0