[b]Dəniz Yılmaz əsas heyətdə oynayacaq[/b]
25.03.2017 - 12:06
[b]Dəniz Yılmaz əsas heyətdə oynayacaq[/b]

Azərbaycan millisinin hücumçusu Dəniz Yılmaz “Bursaspor”da mövqeyini yaxşılaşdırır. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Dəniz mövsümün qalan hissəsində “ağ-yaşıllar”ın əsas forvardı olacaq.

 

Keçmiş baş məşqçi Hamza Hamzaoğlunun qol “silahı” olan Kubilay Kanatsızkuş yeni çalışdırıcı Mutlu Topçunun gözünə girə bilmir. Topçunun gəlişindən sonra heyətdəki yerini itirən gənc oyunçunun bundan sonra hətta “18-liy”ə düşməsi də çətin görünür.

 

Dəniz Yılmaz və Boqdan Stanku arasında seçim edən baş məşqçi yığmamızın üzvünə üstünlük verib. Topçunun bu qərarına Yılmazın həm əvvəlki formasını bərpa etməyə başlaması, həm də uzun müddətdi komandada yer alması böyük təsir göstərib.

 

Qeyd edək ki, Dəniz Yılmaz DÇ-2018-in seçmə mərhələsində sabah Almaniyanı qəbul edəcək Azərbaycan millisinin heyətində yer alır.

0