[b]Emin Mahmudov: Əsas odu ki, üzərimizdə təzyiq yoxdu – MÜSAHİBƏ[/b]
26.03.2017 - 00:00
[b]Emin Mahmudov: Əsas odu ki, üzərimizdə təzyiq yoxdu – MÜSAHİBƏ[/b]

Emin Mahmudovun milli komandamıza dəvət alması klubu “Boavişta”da diqqət mərkəzinə gəlib. Apasport.az-ın məlumatına görə, “damalılar”ın rəsmi saytı 24 yaşlı oyunçudan müsahibə alıb.

 

- Milli komanda ilə ilk oyununuzu necə xatırlayırsız?

- İlk görüşüm 2016-cı ilin avqustunda San Marinoya qarşı olub. Daha öncə isə Rusiyanın aşağı yaş qruplarından ibarət yığmalarında çıxış etmişdim. İkili vətəndaşlığım var.

 

- Necə oldu ki, milli komandanı dəyişmək qərarına gəldiniz?

- 15 yaşımdan 21 yaşıma qədər bütün alt yaş qruplarında Rusiya üçün çıxış etdim. Daha sonra isə Azərbaycanı seçdim və artıq əsas komandada 3 oyun keçirmişəm.

 

- Keçid sizə necə təsir etdi? Uyğunlaşmaqda problem olmadı?

- Xeyr, heç bir xüsusi fərq hiss etmədim. Çox tez adaptasiya oldum. Rusiyada çıxış etmək də mənim üçün rahat idi, indi də hər şey qaydasındadı.

 

- Bu komandada oynamağı necə təsvir edərdiniz?

- Özümü çox yaxşı hiss edirəm. Çünki hazırkı baş məşqçimiz texnikalı futbolu və topla oynamağı çox sevir. Bu isə mənim oyun stilimə uyğundu. Ona görə də burda olmaqdan məmnunam.

 

- Almaniya ilə oyundan nə gözləyirsiz?

- Çox çətin oyun olacaq. Fikrimcə, almanlar dünyanın ən güclü komandasıdı. Çünki heyətində dünyanın ən yaxşı oyunçuları çıxış edir. Əsas məsələ odu ki, bizim üzərimizdə təzyiq yoxdu. Ona görə də, biz hər şey edə bilərik. Əlbəttə ki, bizim üçün Almaniyaya qarşı çıxış etmək heç də asan olmayacaq, ancaq çalışacağıq ki, baş məşqçinin bizdən istədiyini meydanda tam ortaya qoya bilək və rəqibə layiqli müqavimət göstərə bilək.

 

- Azərbaycan yığmasının gələcək hədəfləri nədir?

- Çətinlik dərəcəsindən asılı olmayaraq bütün oyunlara qələbə qazanmaq üçün çıxırıq. Gənc komandamız var və hiss olunur ki, addım-addım inkişaf edirik. Gəlin bir qədər səbrli olaq və gələcəkdəki nəticələri gözləyək. Getdikcə daha güclü bir komanda olaraq formalaşacağıq.

 

- Ən böyük arzun nədi?

- Milli komanda ilə Avropa və dünya çempionatında çıxış etmək.

 

- Portuqaliya Avropa çempionu olanda nə hiss etdin?

- Finalda Portuqaliyaya azarkeşlik edirdim. Çünki Kristiano Ronaldonu çox bəyənirəm. Öz üzərində daim işləyən və hazırkı səviyyəsinə layiq olan bir futbolçudu. Bir gün ona qarşı oynamaq ən böyük arzularımdan biridi.

0