[b]“Dünya çempionatına çıxmaq şansımız azdı” [/b]
27.03.2017 - 15:37
[b]“Dünya çempionatına çıxmaq şansımız azdı” [/b]

“Dünya çempionatının final mərhələsinə çıxmaq şansımız azdı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Norveç yığmasının baş məşqçisi Lars Laqerbek deyib.

 

DÇ-2018-in seçmə mərhələsində millimizin rəqiblərindən olan Norveç dünən səfərdə Şimali İrlandiyaya 0:2 hesabı ilə uduzub.

 

Laqerbek Norveç mətbuatına açıqlamasında matçla bağlı fikirlərini bildirib. 68 yaşlı isveçli çalışdırıcı iki fərqli hissə izlədiyini qeyd edib: “İlk hissəni çox zəif keçirdik. Məhz buna görə fasiləyə kimi qapımızdan 2 top buraxdıq. Həddindən artıq passiv oynadıq. İkinci 45 dəqiqə barədə isə pozitiv fikirdəyəm. Mən uduzduğumuz oyunlarda da müsbət məqamları axtarıram”.  

 

Laqerbek Norveç yığmasının mundialın final mərhələsinə çıxacaq gücdə olmadığını etiraf edib: “İndiki məqamda belə bir məqsədimiz, demək olar ki, yoxdu. Hazırda Norveç yığmasının şansı az görünür. Şimali İrlandiya bizdən effektli oynayaraq, qələbə qazandı. Bu komanda qrup ikincisi olmağa daha yaxındı”.

 

Qeyd edək ki, 5 oyundan sonra 3 xal toplayan Norveç millisi turnir cədvəlində 5-ci pillədə qərarlaşıb.

 

 

0