[b]“Qalatasaray”da ciddi itki: Derbiyə çatacaqmı?[/b]
28.03.2017 - 20:23
[b]“Qalatasaray”da ciddi itki: Derbiyə çatacaqmı?[/b]

“Qalatasaray” ciddi itki ilə üzləşib. Apasport.az saytının məlumatına görə, “sarı-qırmızılar”ın portuqaliyalı oyunçusu Armindo Bruma sıradan çıxıb.

 

Ölkəsinin U-21 yığmasına dəvət alan yarımmüdafiəçi təlim-məşq toplanışı zamanı zədələnib. Əzələsini dartan Brumanın təxminən 3 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

 

“Qalatasaray”ın rəsmi saytından verilən məlumatda bildirilib ki, futbolçunun aprelin 23-də keçiriləcək “Fənərbaxça” ilə derbiyə çatdırılması üçün həkim heyəti səfərbər olub.

0