2018-ci il dünya çempionatının final mərhələsinə ilk vəsiqənin sahibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, mundiala ev sahibi kimi qatılacaq Rusiyadan sonra Braziliya da planetin ən nüfuzlu futbol turnirində oynamaq hüququ qazanıb.
“Sambaçılar” buna DÇ-2018-in Cənubi Amerika üzrə seçmə mərhələsinin XIV turunda nail olub. Titenin yetirmələri turnirin sonuna 4 tur qalmış Rusiyaya birbaşa vəsiqə verən 4 pillədən birini təmin edib.
Paraqvay üzərində 3:0 hesablı qələbə qazanan Neymar və komanda yoldaşları xal hesabını 33-ə çatdırıb. Onlar ən yaxın izləyicisini 9 xal qabaqlayır. Düzdü, 5-ci olan Argentina da Braziliyanı keçmək imkanına malikdi. Amma Uruqvayla Argentinanın öz arasında da oyunu qaldığından pentakampeonlar ən pis halda, 3 komandanı önə buraxacaq. Bu isə ilk 4 yerdən birinin təmin olunması anlamına gəlir.
Lionel Messisiz Argentina isə işini daha da çətinə salıb. Onlar autsayderlərdən olan Boliviyaya uduzmaqla 5-ci yerə enib. Bu yer isə mundiala deyil, pley-offa vəsiqə verir. Birbaşa vəsiqə üçün argentinalılar Kolumbiya, Uruqvay və Çili ilə mübarizə aparmalıdı. Lakin Ekvador, hətta Peru ilə Paraqvay da mundiala vəsiqə üçün sonadək savaşmağa çalışacaq. İki autsayder - Boliviya və Venesuela isə hətta pley-offda oynamaq şanslarını da itirib.
DÇ-2018-in seçmə mərhələsi
Cənubi Amerika zonası
XIV tur
Boliviya – Argentina – 2:0
Arse, 31, Moreno, 52
Ekvador – Kolumbiya – 0:2
Rodriges, 20, Kuadrado, 34
Çili – Venesuela – 3:1
Sançes, 4, Paredes, 7, 22 – Rondon, 63
Braziliya – Paraqvay – 3:0
Koutinyo, 34, Neymar, 63, Marselo, 86
Peru – Uruqvay – 2:1
Querero, 35, Flores, 62 – Sançes, 30
1 |
Braziliya |
14 |
10 |
3 |
1 |
35-10 |
33 |
2 |
Kolumbiya |
14 |
7 |
3 |
4 |
18-15 |
24 |
3 |
Uruqvay |
14 |
7 |
2 |
5 |
26-17 |
23 |
4 |
Çili |
14 |
7 |
2 |
5 |
24-19 |
23 |
5 |
Argentina |
14 |
6 |
4 |
4 |
15-14 |
22 |
6 |
Ekvador |
14 |
6 |
2 |
6 |
23-20 |
20 |
7 |
Peru |
14 |
5 |
3 |
6 |
22-23 |
18 |
8 |
Paraqvay |
14 |
5 |
3 |
6 |
13-21 |
18 |
9 |
Boliviya |
14 |
3 |
1 |
10 |
12-32 |
10 |
10 |
Venesuela |
14 |
1 |
3 |
10 |
17-34 |
6 |