[b]Yığmamız Moldovanı darmadağın etdi – YENİLƏNİB[/b]
29.03.2017 - 20:04
[b]Yığmamız Moldovanı darmadağın etdi – YENİLƏNİB[/b]

Bu gün futzal üzrə Azərbaycan milli komandası növbəti oyununu keçirib. Apasport.az saytının məlumatına görə, yığmamız Moldova ilə yoldaşlıq matçında qüvvəsini sınayıb.

 

AVRO-2018-in seçmə mərhələsinə hazırlaşan yığmamız iki yoxlama oyunundan birincisinə çıxıb. Belə ki, millimizlə Moldova sabah yenidən üz-üzə gələcək.

 

İlk oyun yığmamızın 6:1 hesablı darmadağını ilə yekunlaşıb.

 

Tərəflər arasındakı ikinci oyun da bugünkü matç kimi Bakı İdman Sarayında baş tutacaq. Qarşılaşma saat 18:30-da başlayacaq.

 

Qeyd edək ki, Azərbaycan dünya reytinqində 10-cu, Moldova isə 57-cidi.

 

Yoldaşlıq oyunu

29 mart

Azərbaycan – Moldova - 6:1

Qol: Xətai Bağırov, 6, Eduardo, 14, Fineo, 16, Olivyera, 25, Tyaqu, 26, Faiq Əliyev, 28 - Obada, 32

Bakı İdman Sarayı

 

 

0