[b]"Neftçi” mütləq qalib gəlməlidir” - Şevçenko[/b]
29.03.2017 - 16:33
[b]"Neftçi” mütləq qalib gəlməlidir” - Şevçenko[/b]

"Azərbaycan mənim vətənimdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Neftçi”nin sabiq futbolçusu Vitali Şevçenko deyib.

 

Paytaxt təmsilçisinin 80 illik yubileyinə dəvət olunan veteran klubun rəsmi saytına açıqlama verib. 1971-ci ildə SSRİ çempionatının 33 ən yaxşı futbolçusu sırasına düşən hücumçu Azərbaycana bağlılığından danışıb, sabah keçiriləcək “Qarabağ”la kubok oyunu haqda fikirlərini bildirib: “Həyatımdakı bütün ilklər bu ölkə ilə bağlıdır: ilk dostlar, ilk futbol... Xoş hisslər keçirirəm. Hesab edirəm ki, "Neftçi” sabah mütləq qalib gəlməlidi. Əminəm ki, azarkeşlər belə bir gündə komandanı layiqincə dəstəkləyəcəklər”.

 

Qeyd edək ki, futbolçu karyerasına “Neftçi”də (1968-72) başlayan Şevçenko sonradan Kiyev “Dinamo”su (1972-75), Odessa “Çernomorets”i (1975-82) və Moskva “Lokomotiv”ində (1982-83) oynayıb. 1970-72-ci illərdə SSRİ yığmasına da cəlb olunan futbolçu 1986-2010-cu illərdə müxtəlif komandaların məşqçi kimi çalışıb.

0