[b]Ulduz futbolçu rəsmən ABŞ klubunda - FOTO[/b]
30.03.2017 - 09:23
[b]Ulduz futbolçu rəsmən ABŞ klubunda - FOTO[/b]

“Mançester Yunayted”in yarımmüdafiəçisi Bastian Şvaynştayger ABŞ-a köçüb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, almaniyalı futbolçu “Çikaqo” klubu ilə müqavilə imzalayıb.

 

MLS liqasında çıxış edən “Çikaqo”da tibbi müayinədən keçən 32 yaşlı oyunçu yeni komandası ilə 1 illik sazişə qol çəkib. Təqdimat mərasimində 31 nömrəli formanı geyinəcəyini açıqlayan sabiq “Bavariya”lının məvacibi 4,5 milyon dollar olacaq.

 

Qeyd edək ki, “Bavariya” ilə Çempionlar Liqasının, Almaniya yığması ilə də dünya çempionatının qalibi olan Bastian Şvaynştayger 2015-ci ildə keçdiyi “Mançester Yunayted”in heyətində bu mövsüm cəmi 4 matçda iştirak edib.

0