[b]Millimizin oyunu FİFA hakimlərinə tapşırıldı[/b]
30.03.2017 - 10:53
[b]Millimizin oyunu FİFA hakimlərinə tapşırıldı[/b]

Futzal üzrə Azərbaycan və Moldova milli komandaları arasında yoxlama oyununun hakimləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Bakı İdman Sarayında keçiriləcək növbəti yoldaşlıq oyununu FİFA referiləri Elçin Səmədli və Ramil Namazov idarə edəcək.

 

Bu gün baş tutacaq matçın üçüncü hakim funksiyasını Hikmət Qafarlı yerinə yetirəcək. Oyun saat 18:30-da başlayacaq.

 

Qeyd edək ki, bu komandalar arasında dünən keçirilmiş oyunda millimiz 6:1 hesabı ilə qələbə qazanıb.

 

Mənbə: affa.az

0