[b]“Yenidən legioner həyatı yaşayaram” – Azərbaycan çempionu[/b]
30.03.2017 - 13:27
[b]“Yenidən legioner həyatı yaşayaram” – Azərbaycan çempionu[/b]

“Mövsüm bizim üçün yaxşı keçdi. Çalışdıq ki, bacardığımız qədər baxımlı oyun sərgiləyək”. Bunu apasport.az saytına “Lokomotiv”in voleybolçusu Dmitri Obodnokov deyib.

 

Naxçıvanda keçirilən pley-off mərhələsinin VI turunda “dəmiryolçular” MOİK-i 3:1 hesabı ilə məğlub ediblər.

 

Həlledici oyunları məğlubiyyətsiz başa vuraraq, çempion tituluna yiyələnən Obodnikov bildirib ki, mövsüm onlar üçün uğurlu alındı: “Buna baxmayaraq, gələn il daha da yaxşı oynamağa çalışacağıq. Ancaq ölkə xaricindən təklif gəlsə, məmnuniyyətlə yenidən legioner həyatı yaşayaram”.

 

Qeyd edək ki, Obodnokov millimizin də əsas blokçusudu.

0