[b]Final mərhələsi başlayır[/b]
31.03.2017 - 18:52
[b]Final mərhələsi başlayır[/b]

Kişi basketbolçulardan ibarət Azərbaycan çempionatının final mərhələsinin ilk oyunlarının vaxtı açıqlanıb. Apasport.az saytının məlumatına görə, həlledici matçlar aprelin 1-də start götürəcək.

 

Öncə “bürünc” üçün mübarizə aparan “Marşallar” – “Dərviş” qarşılaşması təşkil olunacaq. Görüş saat 14:00-da başlayacaq.

 

Saat 15:30-da isə finalçılar üz-üzə gələcək. NTD “80-lər”i sınağa çəkəcək.

 

Qeyd edək ki, oyunlar “The Club Port Baku”da olacaq. 

0