SİZİN REKLAM BURADA

“Xəzərdən başlayan səyahət”ə start verildi

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının su səyahətinin başlanma mərasimində iştirak edirlər.

Aprelin 5-də Daş Salnamə Muzeyində “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının Xəzərdən başlayan su səyahətinə start verilib.

 

APA-nın məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyev, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri xanım Mehriban Əliyeva, ailə üzvləri, Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud mərasimdə iştirak edirlər.

 

Mərasim Azərbaycan rəqsinin ifası ilə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə çıxış edib. Sonra Səudiyyə Ərəbistanı Krallığının Şahzadəsi, İslam Həmrəyliyi İdman Federasiyasının prezidenti və Səudiyyə Ərəbistanı Milli Olimpiya Komitəsinin prezidenti Abdullah bin Mosaad bin Əbdüləziz Əl Səud çıxış edib.

 

Qeyd edək ki, “Bakı-2017” İslam Həmrəyliyi Oyunlarının səyahəti su ünsürünə həsr olunub. Çünki su hər bir canlı üçün həyat mənbəyidir. Paklıq və birlik rəmzi olan su İslamda mühüm amildir və onun Xəzər dənizinin sahilində yerləşən Bakı üçün də xüsusi əhəmiyyəti var. Ölkənin 15-dən çox tarixi şəhərini, 5 gölü, 1 su anbarını, 3 çayı, 1 bulağı, 3 şəlaləni və Xəzər dənizini əhatə edən su səyahəti bununla da 3 min kilometrdən çox məsafəni qət edəcək. Azərbaycanın müxtəlif guşələrində böyük təbii gözəlliyə malik 15 su məkanının hər birində iki atletin müşayiəti ilə yerli uşaq xüsusi mərasimdə mis qabı su ilə dolduracaq. Prezident İlham Əliyevin göndərdiyi Xəzərin suyu ilə yanaşı, götürüləcək digər sular sonradan axşam festivalında təqdim olunacaq.

 

“Xəzərdən başlayan səyahət” 37 gün davam edəcək və mayın 12-də Bakıda IV İslam Həmrəyliyi Oyunlarının açılış mərasimi ilə başa çatacaq. 

 

SIZIN REKLAM BURADA
Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ

28

19

5

4

46-14

62

2.

Qəbələ

28

14

10

4

48-21

52

3.

İnter

28

11

10

7

39-33

43

4.

Zirə

28

10

9

9

29-26

39

5.

Kəpəz

28

9

9

10

24-27

36

6

Sumqayıt

28

9 8

11

28-35

35

7.

Neftçi

28

9

2

17

24-45

29

8.

 AZAL

28

1

7

20

13-50

10

               

 

Top 10
Sizin reklam burada
150x220