[b]Yığmamız Avropa çempionatına 14 cüdoçu ilə yollanacaq[/b]
07.04.2017 - 13:57
[b]Yığmamız Avropa çempionatına 14 cüdoçu ilə yollanacaq[/b]

Cüdo üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, məşqçilər korpusu Avropa çempionatı üçün 14 idmançını sifariş edib.

 

Belə ki, aprelin 20-23-də Polşanın paytaxtı Varşavada keçiriləcək qitə çempionatında kişilərin yarışında Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Rüfət İsmayılov (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşanqi Kokauri (+100 kq) tatamiyə çıxacaqlar.

 

Qadın cüdoçuların mübarizəsində isə Leyla Əliyeva, Aişə Qurbanlı (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva, Nəzakət Əzizova (hər ikisi 52 kq) və Səkinə Zayirova (57 kq) nəyə qadir olduqlarını göstərəcəklər.

 

Çempionata ümumilikdə 42 ölkədən 390 (238 kişi, 152 qadın) cüdoçunun qatılacağı gözlənilir. 

0