[b]Azərbaycan çempionatının mükafatçıları bilindi[/b]
10.04.2017 - 09:23
[b]Azərbaycan çempionatının mükafatçıları bilindi[/b]

Kişi basketbolçular arasında Azərbaycan çempionatına yekun vurulub. Apasport.az saytının məlumatına görə, yarış NTD-nin çempionluğu ilə başa çatıb.

 

Belə ki, Tahir Baxşiyevin komandası final mərhələsinin ikinci mərhələsində də meydanı qələbə ilə tərk edib. İlk dueldə 66:57 hesabı ilə məğlub edən NTD bu dəfə 90:82 hesabı ilə qalib gəlib.

 

Çempionatın bürünc medalları isə “Dərviş”ə qismət olub. Onlar hər iki matçda “Marşall”dan üstün olublar – 98:73, 91:59. 

0