[b]Yığmamızın Sloveniyaya aparılacaq “12-liy”i açıqlandı[/b]
15.04.2017 - 11:03
[b]Yığmamızın Sloveniyaya aparılacaq “12-liy”i açıqlandı[/b]

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Sloveniyaya təlim-məşq toplanışına yola düşəcək. Apasport.az saytının məlumatına görə, məşqçilər korpusunun qərarına əsasən yığmanın 12 oyunçusu Maribora aparılan heyətə daxil edilib.

 

Belə ki, mayın 2-də kimi keçiriləcək hazırlıqda millinin əsas üzvləri - Valeriya Məmmədova, Aynur Kərimova, Yelizaveta Səmədova, Marqarita Əzizova, Kristina Yaqubova, Anastasiya Qurbanova, Anastasiya Şaş, Yekaterina Jidkova, Ayşən Abduləzimova, Oksana Kiselyova, Olena Həsənova və Ceyran Əliyeva iştirak edəcək. Təlim-məşq toplanışına Faiq Qarayev rəhbərli edəcək.

 

Millinin ehtiyat qüvvəsi hesab olunan Yana Əzimova, Anita Bredis, Yuliya Kərimova, Kseniya Pavlenko, Anastasiya Bessonova, Anastasiya Baydyuk, Leyla Parşkova, Nelli Salbişvili, Leysan Lyovkina, Nərminə Musayeva, Yuliya Pşeniçnıx, Yelena Yakımçuk və Ülkər Kərimova isə Qubada təlim-məşq toplanışında olacaq. Onlar məşqlərini türkiyəli Adnan Kistakın rəhbərliyi aldında keçəcəklər.

 

Komandamızın heyətində Şəfaqət Həbibova zədəli olduğundan millidən kənar düşdüyü halda, Odina Bayramova, aprelin sonunda Polina Rəhimova, Kseniya Poznyak və Yana Kulan mayın əvvəlində yığmaya qoşulacaq.

 

Qeyd edək ki, hazırlıq İslam Həmrəyliyi Oyunlarına, dünya çempionatının seçmə və Avropa çempionatının final mərhələsinə hesablanıb.

0