[b]Millimizin Quba hazırlığı - FOTOSESSİYA[/b]
20.04.2017 - 11:05
[b]Millimizin Quba hazırlığı  - FOTOSESSİYA[/b]

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qubada təlim-məşq toplanışına start verib. Apasport.az saytının məlumatına görə, yığmamızın ikinci heyəti türkiyəli Adnan Kistakın rəhbərliyi altında hazırlıq keçir.

 

Toplanışda Yana Əzimova, Anita Bredis, Yuliya Kərimova, Kseniya Pavlenko, Anastasiya Bessonova, Anastasiya Baydyuk, Leyla Parşkova, Nelli Salbişvili, Leysan Lyovkina, Nərminə Musayeva, Yuliya Pşeniçnıx, Yelena Yakımçuk və Ülkər Kərimova iştirak edirlər.

 

Qeyd edək ki, yığmamızın əsas heyəti Sloveniyada İslamiadaya hazırlaşır. 

0