[b]Əhmədov, yoxsa Diniyev?[/b]
20.04.2017 - 16:25
[b]Əhmədov, yoxsa Diniyev?[/b]

Azərbaycan Premyer Liqasının XXVII turunun AZAL – “Kəpəz” oyunu hər iki komandanın baş məşqçisi üçün xüsusi önəm daşıyır. Apasport.az saytının məlumatına görə, həm Tərlan Əhmədov, həm də Şahin Diniyev komandasının “sükanı arxası”nda yubiley qələbəsini qazanmağa yaxındı.

 

Premyer Liqada sonuncu yeri tutduğu rəsmiləşən AZAL üçün qarşılaşma formal xarakter daşısa da, Əhmədovun rəhbərliyi altında 25-ci qələbə qazanmaq imkanı bakılılara əlavə stimul olmalıdı. İndiyədək onun rəhbərliyi altında çempionatda 104 qarşılaşmaya çıxan “təyyarəçilər” 24 dəfə üç xallıq “uçuş” edib.

 

“Kəpəz” isə Diniyevin rəhbərliyi altında 39 qələbə qazanıb. Gəncəlilər “40”ın astanasındadı. Onlar buna 110-cu matçda nail ola bilər. Çünki indiyədək çalışdırıcı komandaya 109 görüşdə rəhbərlik edib.

 

0