[b]“Real”ın rəqibləri artır: 90 milyonluq təklif...[/b]
21.04.2017 - 12:47
[b]“Real”ın rəqibləri artır: 90 milyonluq təklif...[/b]

“Monako”nun hücumçusu Kilian Mbappe uğrunda mübarizə qızışır. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, gənc forvardla maraqlanan yeganə komanda “Real” deyil.

 

“Kral klubu”ndan sonra “Mançester Siti”, “Mançester Yunayted”, “İnter”, PSJ və “Çelsi” də 18 yaşlı oyunçunu heyətə cəlb etmək niyyətinə düşüblər. Bu mübarizədə, xüsusən də, “Çelsi”nin şansı yüksək qiymətləndirilir. PSJ son olaraq 90 milyon avro təklif etsə də, “zadəganlar” “Monako”ya bundan artığını verməyə hazırdı.

 

Qeyd edək ki,  Kilian Mbappenin “Monako” ilə müqavilə müddəti 2019-cu ilin yayına qədərdi.

0