SİZİN REKLAM BURADA

“Formula-1”: Tarkan Bakıya gəlir

Türkiyəli ulduz Tarkan “Formula-1” üzrə Azərbaycan Qran-prisinin ilk günü üçün Azərbaycana gələcək. Bu barədə məlumatı apasport.az saytına Bakı Şəhər Halqası Əməliyyat Şirkətindən (BŞH) veriblər.

 

BŞH bildirib ki, iyunun 23-25-də paytaxtımızda keçiriləcək növbəti “Formula-1” yarışının ilk günü Türkiyənin dünyaca məşhur müğənnilərindən biri olan Tarkan Bakıda avtoidman azarkeşlərinin qarşısında səhnəyə çıxacaq. Görkəmli müğənni iyunun 23-ü - cümə günü axşam saatlarında dənizkənarı bulvar ərazisində yerləşən böyük səhnədə “Formula-1” həvəskarları üçün ən məşhur ifalarını səsləndirəcək.

 

BŞH-nin icraçı direktoru Arif Rəhimov Tarkanın Azərbaycana gəlişinə belə münasibət bildirib: “Pop musiqisi və əyləncə dünyasında çox sayda uğurlu ifaçılar və sənətçilər var. Lakin onlardan çox azı dilindən, mədəniyyətindən və yaşadığı yerdən asılı olmayaraq bütün insanların qəlbinə toxuna və onların duyğularına təsir edə bilir. Belə xüsusiyyətlərə sahib türkiyəli müğənni deyəndə ağıla ilk məhz dünyaca tanınmış ifaçı Tarkan gəlir və biz böyük məmnuniyyətlə onu Azərbaycan Qran-prisinin ilk günü - cümə günü axşam saatlarında açıq havada canlı konsert proqramında iştirak etmək üçün Bakıya dəvət etmişik. Gözəl şəhərimizə “Formula-1” yarışının ikinci dəfə gəlişini böyük əyləncə və coşğu ilə qeyd etmək üçün səbrsizlənirik və belə möhtəşəm yarış həftəsonunun açılışını Tarkandan başqasının etməsi təsəvvür oluna bilməz. Tələsin indidən biletlərinizi alın və Bakıda bizimlə birgə olun!”.

 

Konsert proqramlarında yalnız yarışa bileti alanlar iştirak edə biləcəklər. Dördgünlük bileti olan hər kəs cümə axşamı günü - iyunun 22-də Pit Yolunda gəzintiyə çıxmaqla yanaşı “Formula-1” şəhərciyində keçiriləcək pilotların avtoqraf sessiyalarına qatılmaq və Bakının möhtəşəm mənzərəyə sahib dənizkənarı bulvar ərazisində salınan əyləncə mərkəzindəki bütün proqramlarda iştirak etmək imkanına sahib olacaq.

 

Digər xəbərlər
Bütün xəbərlər
PREMYER-LIQA

1.

Qarabağ 14 12 1 1 25-6 37

2.

Qəbələ

14 10 1 3 28-14 31

3.

Zirə 14 9 3 2 23-11 30

4.

Sumqayıt

14 6 2 6 17-17

20

5.

Neftçi

14

5 1 8 17-16 16

6

Səbail 14 4 1 9 9-21 13

7.

Keşlə

14

2 2 10 9-24 8

8.

Kəpəz

14 2 1 11 10-29 7
               

 

Top 10