“Mançester Yunayted”in yeni hədəfi
21.04.2017 - 19:56
“Mançester Yunayted”in yeni hədəfi

PSJ-nin yarımmüdafiəçisi Blez Matuidi növbəti mövsümdən İngiltərə Premyer Liqasında çıxış edə bilər. Apasport.az saytının məlumatına görə, bu barədə xəbəri İngiltərə mətbuatı yayıb.

 

Xəbərdə “Mançester Yunayted”in fransalı futbolçunun xidmətində maraqlı olduğu, mövsümün sonunda 15 milyon avro qarşılığında heyətinə cəlb edəcəyi qeyd olunub.

 

Məbləğin bu qədər az olmasına səbəb isə Matyuidinin Paris klubundan ayrılmaq istəməsi və klubla cəmi bir illik müqaviləsinin qalmasıdı.

 

“Mankunianlar”ın baş məşqçisi Joze Mourinyo da 30 yaşlı futbolçunun xidmətində maraqlıdı.

 

Qeyd edək ki, 2011-ci ildən Paris təmsilçisinin şərəfini qoruyan Fransa millisinin üzvü, bu müddətdə meydana çıxdığı 321 oyunda 37 qol, 27 məhsuldar ötürməyə imza atıb.

0