[b]Millimizin Şimali İrlandiya ilə oyuna hazırlıq planı müəyyənləşdi[/b]
22.04.2017 - 11:47
[b]Millimizin Şimali İrlandiya ilə oyuna hazırlıq planı müəyyənləşdi[/b]

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da Şimali İrlandiyanı qəbul edəcək Azərbaycan millisinin hazırlıq planı bəlli olub. Bu barədə yığmanın baş məşqçisi Robert Prosineçki apasport.az saytının əməkdaşının da iştirak etdiyi brifinqdə məlumat verib.

 

Mayın 15-də bir araya gələcək komandamız təlim-məşq toplanışını davam etdirmək üçün 5 gün sonra Avstriyaya yola düşəcək. Prosineçkinin yetirmələri adıçəkilən ölkədə iyunun 3-nə qədər qalacaqlar.

 

Millimiz Avstriyada 2 yoxlama görüşü keçirəcək. Rəqiblərin kimliyi hələ məlum deyil. Prosineçki Şimali İrlandiya yığmasının oyun tərzinə uyğun futbol sərgiləyən rəqib axtarışında olduqlarını bildirib.

 

Qeyd edək ki, DÇ-2018-in seçmə mərhələsində geridə qalan 5 turdan sonra Şimali İrlandiya yığması 10 xalla ikinci, millimiz isə 7 xalla dördüncüdü.  

0