[b]Beyl “Barselona”ya qarşı oynayacaq?[/b]
22.04.2017 - 16:51
[b]Beyl “Barselona”ya qarşı oynayacaq?[/b]

“Real”ın uelsli futbolçusu Qaret Beyl sabah “Barselona” ilə keçiriləcək oyuna hazırdı. Apasport.az saytının məlumatına görə, bu barədə İspaniya mətbuatına açıqlamasında madridlilərin baş məşqçisi Zinəddin Zidan xəbər verib.

 

Fransalı çalışdırıcı zədəsini tam sağaldaraq, sıraya dönən Beylin adının “El-Klasiko”nun iştirak ərizəsinə daxil ediləcəyini bildirib: “Qaret sabah bizimlə olacaq. Start heyətində yer alıb-almayacağına isə hələ qərar verməmişəm”.

 

Qeyd edək ki, La Liqanın XXXIII turu çərçivəsində baş tutacaq “Real” – “Barselona” görüşü Bakı vaxtı ilə 22:45-də start götürəcək.

0