[b]Nazarov komandasını məğlubiyyətdən xilas etdi[/b]
22.04.2017 - 17:37
[b]Nazarov komandasını məğlubiyyətdən xilas etdi[/b]

Millimizin futbolçusu Dmitri Nazarovun çıxış etdiyi “Aue” klubu II Bundesliqada növbəti oyununu keçirib. Apasport.az saytı xəbər verir ki, adıçəkilən komanda XXX tur çərçivəsində “Hannover”i qəbul edib.

 

Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

 

Start heyətində yer alan Nazarov “Aue”ni son anda məğlubiyyətdən xilas etməyi bacarıb. Belə ki, məhz onun 90+4-cü dəqiqədə vurduğu qol “Hannover”i qələbədən edib.

 

Matçdan 1 xalla ayrılan “Aue” 30 turdan sonra 33 xal toplayıb və hazırda 15-ci pillədə qərarlaşıb. 

0