[b]“Düşündüm ki, hər şey bizim üçün bitdi” – Migel Lorenso[/b]
24.04.2017 - 00:00
[b]“Düşündüm ki, hər şey bizim üçün bitdi” – Migel Lorenso[/b]

“Neftçi” ilə oyunun final fitindən sonra üzgün olan, amma komanda yoldaşlarının məlum xəbərindən sonra sevinən və stress atan “Zirə”nin müdafiəçisi Migel Lorenso apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.

 

- Gərgin və sonluğu təzadlı alınan oyunla bağlı nə deyə bilərsiniz?

- Çox çətin oyun oldu. Əslində, bunun belə olacağını gözləyirdik. Rəqibi yaxşı analiz etmişdik. Matça pis başlamamışdıq, amma rəqib hesabı açdıqdan sonra biz təzyiqi artırmağa məcbur idik. Hesab 2:1 olduqdan sonra isə 90-cı dəqiqədə topu qapımızdan çıxarmalı olduq. Cari çempionatda stresslə zəngin oyunlar keçirdik. Fikrimcə, qələbə bizim haqqımız idi.

 

- Qolu vurana qədər üstünlük tərəfinizdə idi. Ani diqqətsizlik, yoxsa rəqib hücumçunun ustalıq səviyyəsinin yüksək olması tablodakı sıfırlardan birinin dəyişməsinə səbəb oldu?

- Bu cür komandalarla oyunda belə hallar normaldı. Bu gün yaxşı, güclü rəqibə qarşı oynadıq. Nəinki “Neftçi”ylə, digər oyunlarda da ani səhv qolla nəticələnə bilər. Bu dəfə də eynisi təkrarlandı. Bir oyunla heç nə bitmir. Hələ AZAL-la matçımız var. Həmin qarşılaşmadan sonra yekun məlum olacaq. Təbii ki, AZAL səfərindən qələbə ilə dönmək üçün hazırlaşacağıq.

 

- Rəqibin məşqçilər korpusunun limiti pozduğunu nə vaxt öyrəndiniz?

- Açığı, oyun zamanı bilmirdim. Matç başa çatdıqdan sonra əhvla-ruhiyyəm korlanmışdı. Çünki qələbə qazanmaq lazım idi. 2:2 hesabını görüb, düşündüm ki, hər şey bizim üçün bitdi. Amma komanda yoldaşlarımın, texniki zonada əyləşənlərin sevincək ora-bura qaçdıqlarını gördüm. Nə baş verib, deyə soruşdum. Onda məlum oldu ki, belə hal yaşanıb və rəqibə texniki məğlubiyyət veriləcək. Bundan sonra özümə gəldim və hər şeyin qaydasında olduğunu bildim.

 

- Bu xəbəri eşidəndə bir anlıq nə düşündünüz?

- Təsəvvür edə bilməzsiniz, mən də tam təsvir edə bilməyəcəm. Sanki, “ikinci nəfəs” gəldi. Çünki həftəboyu gərgin, stress dolu məşqlər bizi sakit buraxmamışdı. Qələbəni də əldən verdikdən sonra hər şeyin bitdiyini düşünürdüm. Bəlkə də ən yaxşı xəbəri eşitdim bu gün.

 

- AZAL-la oyunda 1 xal da kifayət edəcək. Bəzən bu cür oyunlarda ya toparalana bilmirsən, ya da gözləmədiyin halda rəqibdən ağır zərbə alırsan. Az inandırıcı olsa da, belə hal baş verə bilərmi?

- Razıyam, belə halın baş verməsi mümkündü. Şəxsi təcrübəmdə, karyeramda bu situasiya ilə dəfələrlə rastlaşmışm. Ona görə ciddi hazırlaşacağıq. Qarşıda bir həftəmiz var. Gərgin məşqlərə bizi gözləyir. Səfərdə oynamağımız bizim üçün heç nəyi dəyiməyəcək.

 

- Müqaviləniz başa çatacaq. AZAL-la oyun “Zirə”nin heyətində sonuncu matçınız olsacaq, yoxsa çıxışını davam etdirəcəksiniz?

- Bu haqda danışmamışıq. Əgər klubum qalmağımı istəyirsə, məmnuniyyətlə qalaram. Çünki burda özümü çox rahat hiss edirəm. Qərar AZAL-la oyundan sonra veriləcək.

0