[b]“Qırmızı yox, sarı vərəqə almalı idim” – Serxio Ramos[/b]
24.04.2017 - 13:22
[b]“Qırmızı yox, sarı vərəqə almalı idim” – Serxio Ramos[/b]

“Qırmızı vərəqə çox ağır cəzadı”. Apasport.az saytı xəbər verir ki, bu sözləri Madrid “Real”ının kapitanı Serxio Ramos deyib.

 

İspaniya çempionatının XXXIII turu çərçivəsində dünən əzəli rəqibi “Barselona”nı qəbul edən “kral klubu” məğlub olub – 2:3.

 

77-ci dəqiqədə qırmızı vərəqə ilə cəzalandırılan Ramos ölkəsinin mətbuatına açıqlama verib. Meydandan qovulması haqda danışan təcrübəli müdafiəçi bunun çox ağır cəza olduğunu qeyd edib: “Həmin epizodda kimisə zədələmək barədə düşünmürdüm. Fikrimcə, qırmızı yox, sarı vərəqə almalı idim. Razıyam, sürüşmə fəndini etməyə gecikdim. Amma orda toxunuş yox idi”.

 

Ramos meydandan çıxarkən etdiyi hərəkətə də toxunub: “Meydanı tərk edəndə hakimi alqışlamadım. Mənim Pike ilə danışığım oldu, referi ilə yox. Hakimlər doğru qərarlar qəbul etdikləri kimi, arada səhvə də yol verə bilərlər. Yenə deyirəm ki, mən o anda hakimlə yox, Pike ilə danışırdım”.

0