[b]Azərbaycan çempionatında yeni rekord [/b] - FOTO
24.04.2017 - 14:16
[b]Azərbaycan çempionatında yeni rekord [/b] - FOTO

Azərbaycan Premyer Liqasının XXVII turu 2017-ci ilin yeni rekordu ilə nəticələnib. Apasport.az saytının məlumatına görə, Serjio Kosta mövsümün ikinci yarısında ən qısa müddətə dubl edən futbolçu olub.

 

“Kəpəz”in braziliyalı legioneri AZAL-la səfər oyununda 7 dəqiqəyə 2 qol vurub. O, matçın 37 və 43-cü dəqiqələrində vurduğu qollarla komandasına 2:1 hesablı qələbə qazandırıb.

 

Nəinki son 2, hətta son 3 dövrə üçün rekord olan bu göstərici mövsümdə 3-cü yerə şərikdi. “İnter”in hücumçusu Rauf Əliyev də “Neftçi”yə 7 dəqiqədə 2 qol vurmağı bacarmışdı. Amma I dövrədə 2 futbolçu daha sürətli dubla imza atıb.

 

Serjuonun həsəd apardığı oyunçular siyahısında isə ikihakimiyyətlikdi. “İnter”də oynadığı vaxt Ruslan Abışov “Qarabağ”a, “Qəbələ”li Baqali Dabo isə “Sumqayıt”a 6 dəqiqədə 2 qol vurub.

 

Lakin həm Serhionun şəriki, həm də liderlər bu göstəriciyə evdə imza atıb. AZAL-la səfərdə fərqlənən braziliyalı rəqib meydanında hamıdan qısa intervalla iki qola sevinib.

 

0