[b]“Zirə”də ilk ayrılıq[/b]
26.04.2017 - 14:08
[b]“Zirə”də ilk ayrılıq[/b]

Avrokuboklara düşmək uğrunda mübarizə aparan “Zirə”nin vidalaşacağı ilk futbolçunun adı bəlli olub. Apasport.az saytının məlumatına görə, paytaxt klubu yarımmüdafiəçi Yamin Ağakərimzadə ilə yolları ayıracaq.

 

Məşqçilər korpusu əsas heyətin üzvləri ilə əməkdaşlığı davam etdirməyi planlaşdırır. Əvəzində “11-liy”ə düşməkdə çətinlik çəkən oyunçular komandadan göndəriləcək. Bu futbolçuların siyahısında Ağakərimzadə ilk pillədə qərarlaşıb.

 

Komandanın transfer siyasəti barədə isə hələ heç nə bəlli deyil. Belə ki, klub rəhbərliyinin yeni mövsümlə bağlı müəyyənləşdirəcəyi büdcədən sonra neçə transferin ediləcəyinə qərar veriləcək.

 

Qeyd edək ki, Yamin Ağakərimzadə “Zirə”yə cari mövsümün əvvəlində “Rəvan”dan keçmişdi. 

0