[b]İslamiada: Ümidləri doğrultmayan “dördlük” yenidən yığmada![/b]
26.04.2017 - 15:13
[b]İslamiada: Ümidləri doğrultmayan “dördlük” yenidən yığmada![/b]

Basketbolun 3X3 növü üzrə kişilərdən ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, komandamızın baş məşqçisi Samit Nuruzadə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında güvənəcəyi heyəti müəyyənləşdirib.

 

Gənc çalışdırıcı İslamiadada 2 yerli və 2 legioner oyunçuya güvənəcək. Belə ki, Nuruzadə 1 il öncə Avropa çempionatında ümidləri doğrultmayan “dördlüy”ə yenidən dəvət göndərib. O, Oyunlar üçün Amil Həmzəyev, Zaur Paşayev, David Barbakadze və Marşall Mozesi sifariş edib.

 

Qeyd edək ki, Azərbaycan İslamiadada A qrupunda yer alıb. Komandamız mayın 18-də start götürəcək yarışda Türkiyə, Türkmənistan, Səudiyyə Ərəbistanı və Pakistanla gücünü yoxlayacaq. Yarışın qalibi mayın 21-də bilinəcək. 

0