[b]Fransa millisinin üzvü: PSJ-yə keçməkdənsə, ölümü seçərəm[/b]
26.04.2017 - 15:52
[b]Fransa millisinin üzvü: PSJ-yə keçməkdənsə, ölümü seçərəm[/b]

Fransa yığmasının hücumçusu Andre-Pyerr Jinyak maraqlı fikirlər səsləndirib. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, karyerasını Meksikada davam etdirən 32 yaşlı forvard PSJ-yə olan nifrətini açıq şəkildə bəyan edib.

 

“Tiqres” klubunun üzvü ölkəsində yalnız PSJ-də oynamasının qeyri-mümkün olduğunu vurğulayıb. “Marsel”in sabiq hücumçusu hətta astronomik məbləğ qarşılığında belə, paytaxt təmsilçisinə keçməyəcəyini söyləyib: “PSJ-yə keçməkdənsə, ölümü seçərəm. Qazandığım pulun 10 qatını təklif etsələr belə, bu komandanın formasını geyinmərəm”.

 

Jinyak PSJ-nin Çempionlar Liqasının 1/8 final mərhələsində “Barselona”ya 1:6 hesabıyla məğlub olduğu matça da toxunub. O, həmyerlilərinin mübarizəni dayandırmasına hədsiz dərəcədə sevindiyini gizlətməyib: “Barselona” cavab görüşündə PSJ-yə 6-cı qolu vuranda necə sevindiyimi heç xəyalınıza da gətirə bilməzsiniz”.

 

Qeyd edək ki, karyerası ərzində “Loryen”, “Pau”, “Tuluza” və “Marsel”də çıxış etmiş Andre-Pyerr Jinyak 2015-ci ildən “Tiqres”in formasını geyinir.

 

0