[b]Mərc oyunlarına proqnoz verən futbolçuya 18 aylıq cəza[/b]
26.04.2017 - 16:42
[b]Mərc oyunlarına proqnoz verən futbolçuya 18 aylıq cəza[/b]

“Bernli”nin yarımmüdafiəçisi Co Barton ağır diskvalifikasiyaya məruz qalıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, İngiltərə millisinin sabiq üzvü il yarım yaşıl meydanlara ayaq basa bilməyəcək.

 

Belə ki, İngiltərə Futbol Federasiyası mərc oyunlarına proqnoz verdiyi üçün 35 yaşlı futbolçunun 18 ay yaşıl meydanlardan kənarlaşdırılmasına qərar verib.

 

Barton özü də günahını boynuna alıb və karyerasını bitirəcəyini istisna etməyib: “2004-cü ildən bəri 15 mindən çox oyuna orta hesabla 150 funt-sterlinq pul qoyuluşu etmişəm. Gizləyəcəyim bir şey yoxdu. Verilən bu qərar məni erkən təqaüdə aparır”.

 

Qeyd edək ki, Co Barton karyerası ərzində “Mançester Siti”, “Nyukasl”, “Kuinz Park Reyncers”, “Marsel”, “Reyncers” və “Bernli” klublarının formasını geyinib.

0