[b]7 il sonra vurulan 100-cü qol[/b]
27.04.2017 - 02:09
[b]7 il sonra vurulan 100-cü qol[/b]

La Liqanın 34-cü turunda “Osasuna” ilə qarşılaşan “Barselona” rəqibini darmadağın edib – 7:1. Apasport.az saytının məlumatına görə, katalonlar bununla da bu mövsüm Primeroda 101-ci qolunu vurmuş olub.

 

Luis Enrikenin komandası Avropa ölkələrinin çempionatları arasında 100 qol həddini keçən ilk kollektiv olub.

 

“Barselona”nın bumövsümkü 100-cü qoluna Xavier Maskerano imza atıb. O, 67-ci dəqiqədə penalti zərbəsi ilə rəqib qapıçını məyus edib.

 

Maraqlıdı ki, 7 ildir komandada çıxış edən argentinalı “Barsa” forması ilə ilk dəfə fərqlənib.

0