[b]De Xea “Real”la anlaşdı[/b]
27.04.2017 - 15:45
[b]De Xea “Real”la anlaşdı[/b]

“Mançester Yunayted”in qapıçısı David De Xea karyerasını İspaniyada davam etdirməyə hazırlaşır. Apasport.az saytının Britaniya mətbuatına istinadən məlumatına görə, ulduz futbolçu “Real”la anlaşıb.

 

“Kral klubu” əslində De Xeanı ötən yay heyətə cəlb etməyə çox yaxın idi. Əvəzində 29 milyon funt-sterlinq və Keylor Navası “Mançester Yunayted”ə verməyə razı olan madridlilər transfer vərəqəsini vaxtında çatdıra bilmədiyi üçün keçid reallaşmamışdı.

 

27 yaşlı qolkiperdən əl çəkməyən “Real” yenidən onun razılığını alıb. Vaxt itirmədən “qırmızı şeytanlar”la da danışığa başlayan ispanlar onları 60 milyon funt-sterlinqə razı sala bilib. De Xeanın mövsümün sonunda “Real”a keçidində artıq bir əngəl qalmayıb.

 

Qeyd edək ki, David De Xea 2011-ci ildən “Mançester Yunayted”in qapısını qoruyur.

 

0