[b]Messinin forma dəyişmək istədiyi yeganə adam kimdi?[/b]
27.04.2017 - 21:18
[b]Messinin forma dəyişmək istədiyi yeganə adam kimdi?[/b]

“Barselona”nın oyunçusu Lionel Messi maraqlı açıqlama ilə diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, argentinalı super ulduz deyib ki, sadəcə bir dəfə hansısa oyunçuya forma dəyişmək üçün müraciət edib.

 

“Mən kimdənsə forma dəyişmək üçün xahiş edən adam deyiləm. Ancaq bircə dəfə oyundan sonra bir nəfərə yaxınlaşıb dedim ki, formasını mənə versin. O, Zinəddin Zidan idi. Quti iki dəfə məndən forma istəyib, mən də razılaşmışam. Kim istəsə, razılaşıram, ancaq özüm istəmirəm” – deyə Leo bildirib.

0