[b]Yığmamız Səudiyyə Ərəbistanı ilə oynayacaq[/b]
28.04.2017 - 16:01
[b]Yığmamız Səudiyyə Ərəbistanı ilə oynayacaq[/b]

Kişi voleybolçulardan ibarət Azərbaycan millisinin Sloveniyada yoxlama görüşləri üçün rəqibləri bəlli olub. Apasport.az saytının məlumatına görə, Fərid Cəlalovun yetirmələri Mariborda ən azı 5 matç keçirməyi planlaşdırır.

 

Belə ki, İsraildə bütün rəqiblərindən üstün olan komandamız burda Səudiyyə Ərəbistanı ilə 2 oyunda gücünü yoxlayacaq. Onlar həmçinin ev sahiblərinin yığması və 2 klubu ilə də qarşılaşacaqlar.

 

Bu rəqiblərdən əlavə, millimizin Xorvatiya ilə matçı da baş tuta bilər. Lakin hələlik dəqiqləşməyib.

 

Qeyd edək ki, İslamiadaya hazırlaşan voleybolçularımız mayın 6-dək Sloveniyada təlim-məşq toplanışındadılar. 

0