[b]İslamiadada da “Zəfər günləri” olacaq[/b]
28.04.2017 - 16:05
[b]İslamiadada da “Zəfər günləri” olacaq[/b]

Milli Olimpiya Komitəsi (MOK) İslam Həmrəyliyi Oyunlarının gedişində də “Zəfər günləri” qeyd olunacaq. Bu barədə apasport.az saytına məlumatı MOK-dan veriblər.

 

Avropa Oyunlarında olduğu kimi, İslamiadanın da gedişində “Zəfər günləri” olacaq. Hər yarış gününün səhəri medal qazanacaq idmançılar və onların ailə üzvləri KİV nümayəndələrinin suallarını cavablandıracaqlar. Görüşdə idman ictimaiyyətinin üzvləri də iştirak edəcəklər.

 

Qeyd edək ki, mayın 1-də “Zəfər günləri”nə həsr olunacaq mətbuat konfransı da keçiriləcək. 

0