[b]Çempion 25-i arzulayır[/b]
29.04.2017 - 00:15
[b]Çempion 25-i arzulayır[/b]

Azərbaycan Premyer Liqasının sonuncu turunda “Neftçi” “Qarabağ”la oynayacaq. Apasport.az saytının məlumatına görə, əzəli rəqabətdə komandalar 68-ci dəfə üz-üzə gələcəklər.

 

Geridə qalan 67 oyunda Ağdam təmsilçisinin üstünlüyü nəzərə çarpır. Qurban Qurbanovun komandası 24 dəfə qələbə sevinci yaşayıb. 25 görüşdə isə tarazlıq pozulmayıb. “Ağ-qaralar” isə 18 dəfə 3 xala sevinib. Qol fərqində də çempionun üstünlüyü nəzərə çarpır – 61:70.

 

İkili rəqabətdə son 5 oyunda “Qarabağ” uduzmayıb. Həmin oyunlarda ən az 2 qol vurulub.

0