[b]İslamiada: Kamerun gəlmədi, TƏQVİM dəyişdi[/b]
03.05.2017 - 11:43
[b]İslamiada: Kamerun gəlmədi, TƏQVİM dəyişdi[/b]

İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək qadın voleybolçuların yarışının təqvimində dəyişiklik edilib. Yarışın Əməliyyat Komitəsindən apasport.az saytına verilən məlumata görə, buna səbəb Kamerun yığmasının Bakıya gəlməməsidi.

 

Belə ki, yalnız mübarizənin ilk günündə - mayın 11-də 2 matç keçiriləcək. Ardınca gündə 1 oyun baş tutacaq. Reqlamentdə isə dəyişiklik edilməyib.

 

Bakı Kristal Zalında təşkil olunacaq yarışa ayın 18-də yekun vurulacaq.

 

11 may

12:30. Türkiyə - Tacikistan

21:30. Azərbaycan – Qırğızıstan

 

13 may

19:00. Azərbaycan - Tacikistan

 

14 may

19:00. Azərbaycan – Türkiyə

 

15 may

19:00. Türkiyə – Qırğızıstan

 

16 may

19:00. Qırğızıstan - Tacikistan

 

Yarımfinal

17 may

17:00. I yerin sahibi – IV yerin sahibi

19:30. II yerin sahibi – III yerin sahibi

 

18 may

17:00. III yer uğrunda

19:30. Final

22:00. Mükafatlandırma mərasimi

0