[b]İslamiada: Millimiz heç-heçə ilə başladı - YENİLƏNİB[/b]
08.05.2017 - 20:32
[b]İslamiada: Millimiz heç-heçə ilə başladı - YENİLƏNİB[/b]

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında futbol yarışlarına start verilib. Apasport.az saytının məlumatına görə, rəsmi açılış mərasimi mayın 12-də olacaq Oyunlarda U-23 millimiz ilk görüşünü Kamerunlu həmyaşıdlarına qarşı keçirib.

 

Günə yığmamızın yer aldığı qrupun digər görüşü ilə start verilib. Səudiyyə Ərəbistanı komandası Mərakeşə məğlub olub - 0:1.

 

18:30-da isə millimiz Kamerun sınağına çıxıb. Görüş qolsuz bərabərliklə başa çatıb. Yaşar Vahabzadənin yetirmələri bir neçə epizodda qola yaxın olsalar da, qeyri-dəqiqlik milli üzvlərinin sevinməsinə imkan verməyib. Rəqibin də fərqlənmək üçün şansları olub. Bu vəziyyətlərdə isə qapıçı Şahruddin Məhəmmədəliyev etibarlı oynayıb.

 

Bu gün həmçinin, B qrupunda da ilk turun qarşılaşmaları baş tutub. Əvvəlcə Əlcəzairlə Türkiyəyə qalib gəlib - 2:1. Daha sonra isə Fələstin – Oman xalları bölüblər - 2:2.

 

İslam Həmrəylik Oyunları

Futbol

 

A qrupu

Azərbaycan – Kamerun - 0:0

 

Baş hakim: Giorgi Kruaşvili

Köməkçi hakimlər: Zaza Menteşaşvili, Giorgi Elikaşvili

4-cü hakim: Boris Gluşçuk (hamısı Gürcüstan)

Hakim-inspektor: Xaqani Məmmədov (Azərbaycan)

"Bayıl Arena"

 

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov (16. Elvin Camalov, 90+2), 9. Ağabala Ramazanov, 11. Mahir Mədətov, 15. Ruslan Abışov (k), 17. Mirabdulla Abbasov (8. Elşən Abdullayev, 45), 19 Məqsəd İsayev, 20. Azər Salahlı, 21. Vüqar Mustafayev (7. Coşqun Diniyev, 76)

Ehtiyat oyunçular: 12. Tərlan Əhmədli (q), 22. Emil Balayev (q), 3. Azad Kərimov, 4. Adil Nağıyev, 7. Coşqun Diniyev, 8. Elşən Abdullayev, 10. Orxan Əliyev, 13. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 16. Elvin Camalov, 18. Tellur Mütəllimov, 23. Fəhmin Muradbəyli

Baş məşqçi: Yaşar Vahabzadə 

 

Kamerun: 3.Bagnack Mouegni (K), 4.Başak Tomas Etta, 6. Kunde Malong Pierre, 9.Mbiobe  Mouegni Michel Vaillant, 10.Pangop Tchidjui Frantz, (22.Ngongang Nana Jeff, 84), 11.Serge Andoulo, 13.Otia Paul Alan, 14.Abanda Koa Jean Nicolas, 16.Omossola Medjo Simon Loti, 17. Alima Atangana Eric Bertrand (7.Gueyap Dji Jahfort, 63), 20.Ekollo Malolo Serges Yvan, (2.Moundi Alim Mohaze, 90+3)

Ehtiyat oyunçular: 1.Dante Junior, 5.Dava Tchakonte, 8.Tientcheu Frank Eric, 12.Nlend Samuel, 15.Mbaissidara Mbaizo Olivier, 18.Moussinga P, 19.Nkolo Ossingane Denis Yvan, 21.Kamy Ntankeu Yves Daniel, 23.Kaou Fabril

Baş məşqçi: Riçard Tova

 

 

Səudiyyə Ərəbistanı – Mərakeş - 0:1

Qol: Çuaib Əl-Maftul, 76

"AZAL Arena"

 

Turnir cədvəli

 

N

Komanda

O

Q

H

M

T/F

X

1

Mərakeş

1

1

0

0

1:0

3

2

Kamerun

1

0

1

0

0:0

1

3

Azərbaycan

1

0

1

0

0:0

1

4

Səudiyyə Ərəbistanı

1

0

0

1

0:1

0

 

 

B qrupu

Əlcəzair – Türkiyə - 2:1

Qollar: Fared Əl-Məlali, 78; Ahmed Qaqaa, 90+4 (pen.) - Onur Eriş, 38

"Bayıl Arena"

 

Fələstin - Oman - 2:2

Qollar: Odal Əl-Dabbaq, 5, 54 - Marvan Taib Mübarək, 48, 86

"AZAL Arena"

 

N

Komanda

O

Q

H

M

T/F

X

1

Əlcəzair

1

1

0

0

2:1

3

2

Fələstin

1

0

1

0

2:2

1

3

Oman

1

0

1

0

2:2

1

4

Türkiyə

1

0

0

1

1:2

0

 

 

0