[b]“Sönmüş ulduzlar” millimizdə bir araya gəldi[/b]
08.05.2017 - 15:55
[b]“Sönmüş ulduzlar” millimizdə bir araya gəldi[/b]

Kişi həndbolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, məşqçilər korpusu mayın 12-22-də Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları üçün “14-lüyü” müəyyənləşdirib.

 

Qadınlardan ibarət yığmamızda olduğu kimi, bu komandada da debütantlar kifayət qədərdi. Azərbaycan Həndbol Federasiyası ilk ciddi sınağı üçün 4 ölkədən həndbolçu gətirib. Özü də bu əcnəbilərin əksəriyyəti karyerasının qürub vaxtını yaşayanlardı.

 

Belə ki, millimizə Rusiyadan çağırılan Oleq Georgevski 34, Moldovadan dəvət edilən Maksim Butenko 32 yaşındadı. Yığmamızın yerli oyunçularının da yaşlarının kifayət qədər çox olduğunu nəzərə alsaq, komandamız bəlkə də İslamiadanın ən yaşlı kollektivi “titulu”na yiyələnəcək.

 

Digər legionerlərimiz iranlı Həmid Vəhabi (24 yaş) və serbiyalı Dalibor Şukiçdi (26). İvan Tseliapnu barədə məlumat tapmaq isə mümkün olmayıb.

 

Bu legionerlərlə yanaşı, Vadim Skrebtsov, Elnur Cahangirov, Rəsul Şərifli, İslam Slemanov, Sabir Nəzərəliyev, Saleh Vəliyev, Eldar Fərəcov, Kamran Məmmədov və Rafiq Həsənov komandamıza uğur qazandırmağa çalışacaq. 

0