[b]İslamiada: Yığmamız 7 top fərqi ilə qalib gəldi[/b]
10.05.2017 - 09:15
[b]İslamiada: Yığmamız 7 top fərqi ilə qalib gəldi[/b]

İslam Həmrəyliyi Oyunları çərçivəsində kişi həndbolçular arasında keçirilən yarışın ilk turuna yekun vurulub. Apasport.az saytının məlumatına görə, İslamiada Azərbaycan millisi üçün uğurlu başlayıb.

 

Belə ki, Hikmət Abdullayevin yetirmələri startda Pakistan yığması ilə üz-üzə gəliblər. Matç təmsilçimizin aşkar üstünlüyü ilə keçib. Komandamız 43:36 hesabı ilə qələbə qazanıb.

 

Qrupumuzun digər görüşündə Səudiyyə Ərəbistanı Əlcəzairi 26:13 hesabı ilə məğlub edib.

 

I tur

A qrupu

Pakistan – Azərbaycan – 36:43 (15:20)

Hakimlər: Xalid Husseyn, Fadhi İmran (hər ikisi İraq).

“Sərhədçi” İdman Olimpiya Mərkəzi

Azərbaycan: Oleq Georgevski, Maksim Butenko, Həmid Vəhabi, Dalibor Şukiç, İvan Tseliapnu, Vadim Skrebtsov, Elnur Cahangirov, Rəsul Şərifli, İslam Slemanov, Sabir Nəzərəliyev, Saleh Vəliyev, Eldar Fərəcov, Kamran Məmmədov, Rafiq Həsənov

 

Səudiyyə Ərəbistanı - Əlcəzair – 26:13 (13:6)

 

B qrupu

Mərakeş – Türkiyə - 24:27 (8:12)

İraq – İordaniya – 37:15 (20:7)

0