[b]“Azarkeş sayına biz də təəccübləndik” – Azad Rəhimov[/b]
11.05.2017 - 14:07
[b]“Azarkeş sayına biz də təəccübləndik” – Azad Rəhimov[/b]

“Yığmamızın oyunundakı azarkeş sayına biz də təəccübləndik. Çünki ən çox biletlər məhz futbola satılıb”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan gənclər və idman naziri Azad Rəhimov deyib.

 

IV İslam Həmrəyliyi Oyunlarından əvvəl futbol üzrə milli komandamızın oyunları üçün bilet satışının bitdiyi açıqlanmışdı. Lakin ilk turda Kamerunla görüşdə tribunaların böyük hissəsinin boş olması diqqətdən qaçmayıb.

 

Nazir bu gün təşkil edilən mətbuat konfransında millimizin oyununa az marağın olması ilə bağlı sualı bu cür cavablandırıb: “Biz də həmin sualı özümüzə verdik. Ola bilər ki, gün düşüb, hava isti olub. Azarkeşlərin başqa oyunlara bilet alması da mümkündü. Yəni bu oyunu deyil, başqa matçı da izləməyə üstünlük verə bilərlər”.

0