[b]“Gərək lap başdan o cür döyüşəydim” - FOTO[/b]
13.05.2017 - 19:58
[b]“Gərək lap başdan o cür döyüşəydim” - FOTO[/b]

“Finaldakı rəqibimi Antalyada Qran-pridə üstələmişdim. Bu dəfə alınmadı”. Apasport.az saytının məlumatına görə, bunu jurnalistlərə açıqlamasında cüdoçu Nəzakət Əzizova deyib.

 

Bakıda təşkil edilən IV İslam Həmrəyliyi Oyunlarında 52 kq çəki dərəcəsində mübarizə aparan idmançımız gümüş medal qazanıb. Əzizova həlledici görüşdə türkiyəli İrəm Qorxmazla bacarmayıb.

 

Əzizova İslamiadada gümüş medala sahib olmağı uğursuzluq kimi qiymətləndirib. O, görüş zamanı çiynindən yüngül zədə aldığını bildirib: “Əvvəldə axırdakı kimi işləmədim. Gərək lap başdan o cür döyüşəydim. Sonda gec oldu. Zədəm çempion olmağıma mane oldu. Qızıl medalı qazanmağıma daha çox səhvlərim imkan vermədi”.

 

 

0