[b]“Çətin olsa da...” - Rauf Rəhimov[/b]
13.05.2017 - 20:10
[b]“Çətin olsa da...” - Rauf Rəhimov[/b]

"İlk döyüşüm çətin olsa da, qələbə qazandım”. Apasport.az saytının məlumatına görə, bu sözləri azərbaycanlı boksçu Rauf Rəhimov deyib.

 

Ölkəmizdə keçirilən IV İslam Həmrəyliyi Oyunlarında 81 kq çəki dərəcəsində mübarizə aparan Rəhimov yarışa uğurlu start götürüb. O, Malayziya təmsilçisi Hafidz Adli Mohduya qalib gələrək, adını 1/4 finala yazdırıb.

 

Rəhimov İslamiadaya cidi hazırlaşdığını və hədəfinin çempionluq olduğunu söyləyib: “Bu yarışlara 3 ay hazırlaşdıq. Yaxşı çalışmışıq və inanıram ki, qızıl medalı qazanacağam”.

 

Qeyd edək ki, Rauf Rəhimovun 1/4 final mərhələsindəki rəqibi Əli Xan (Pakistan) olacaq. Boksçular mayın 16-da üz-üzə gələcəklər.

0