[b]Karateçilər 5 medal qazandı[/b]
13.05.2017 - 20:45
[b]Karateçilər 5 medal qazandı[/b]

Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarının ikinci günündə karateçilər mübarizəyə start verib. Apasport.az saytının məlumatına görə, idmançılar 6 çəki dərəcəsində mükafatların sahiblərini müəyyənləşdirib.

 

Azərbaycan yığmasının karateçiləri 6 çəki dərəcəsindən 5-də medal qazanıblar. Yalnız Niyazi Əliyev (67 kq) günü mükafatsız bitirib.

 

Rafael Ağayev (75 kq) kişilərin, Fəridə Abıyeva (61 kq) qadınların yarışında bütün rəqiblərinə qalib gələrək yarışların çempionu tituluna yiyələnib. Bu, Ağayevin İslamiadalarda 3-cü medalıdı. 2005-ci ildə bürünc medala yiyələnən karateçimiz 2013-cü ildə də çempion olmuşdu.

 

Digər xanım idmançımız İlahə Qasımova (55 kq) da finala yüksəlsə də, həlledici qarşılaşmada uduzub. O, yarışı gümüş medalla başa vurub.

 

İki idmançımız isə tatamidən bürünc medalla ayrılıb. Nuranə Əliyeva (50 kq) və Firdovsi Fərzəliyev (60 kq) İslam Həmrəyliyi Oyunlarında 3-cü olub.

0