[b]İslamiada: İki çəkidə 4 medal[/b]
13.05.2017 - 21:42
[b]İslamiada: İki çəkidə 4 medal[/b]

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında paracüdo üzrə yarışlara start verilib. Apasport.az saytının məlumatına görə, ilk gün Azərbaycan yığması üçün uğurlu alınıb.

 

Belə ki, xanım paracüdoçuların yarışında hər iki çəki dərəcəsinin qalibi həmyerlilərimiz olub. 57 kq çəkidə tatamiyə çıxan Afaq Sultanova İslamiadanın qızıl medalına yiyələnib. O, həlledici görüşdə komanda yoldaşı Sevda Vəliyevanı məğlub edib. İlk “3-lüy”ü türkiyəli Zeynəb Çelik qapayıb.

 

70 kq çəkidə dərəcəsində isə Ramilə Kaştayeva fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib. Digər həmyerlimiz Turanə Ağayeva gümüş medal əldə edib. 3-cü yerin sahibi adını isə Gülruh Rəhimova (Özbəkistan) qazanıb.

0