[b]“Səhvlərimi təkrarlamayacam” - Tamerlan Abdullayev[/b]
14.05.2017 - 13:05
[b]“Səhvlərimi təkrarlamayacam” - Tamerlan Abdullayev[/b]

“Bəzi səhvlərim olsa da, bütün raundlarda qalib gəldim. Gələcək döyüşlərdə səhvlərimi təkrarlamayacam”. Apasport.az saytının məlumatına görə, bunu azərbaycanlı boksçu Tamerlan Abdullayev deyib.

 

Bakıda təşkil edilən IV Bakı İslam Həmrəyliyi Oyunlarında 69 kq çəki dərəcəsində yarışan həmyerlimiz mübarizəyə 1/8 final mərhələsindən başlayıb. Türkmənistanlı Muhemmetmirat Sahedov üzərində 5:0 hesablı qələbə qazanan 25 yaşlı boksçu 1/4 finala adlayıb.

 

Bu mərhələdə qətərli Tulasimaraam Tarumalinqamla üz-üzə gələcək Tamerlan ona da qalib gəlməyə çalışacağını söyləyib: “Boksda ilk döyüşlər çətin olur. Buna baxmayaraq, yaxşı məşqlər keçmişik. Növbəti rəqibim Qətər idmançısıdı. Onunla döyüşməmişəm, ancaq Allahın köməkliyi ilə qalib gələcəm. Çünki hədəfim qızıl medaldı”.

 

Etibar Məmmədov

 

0