[b]“Zirə” hücumçusu ilə vidalaşdı[/b]
15.05.2017 - 12:48
[b]“Zirə” hücumçusu ilə vidalaşdı[/b]

Nurlan Novruzov “Zirə”dən ayrılıb. Bu barədə məlumatı apasport.az saytına qəsəbə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov verib.

 

Gənc məşqçi bildirib ki, icarə əsasında klubda çıxış edən futbolçu ilə danışıqlar olub və yeni anlaşma əldə edilməyib. Bu səbəbdən də müqavilə ilə “Bakı”ya məxsus olan hücumçu yeni komanda axtarışına çıxıb.

 

Abbasov qeyd edib ki, heyətdə olan digər oyunçuların hamısı ilə danışıqları davam etdirirlər və yaxın günlərdə onların taleyinə aydınlıq gələcək. Klubun transfer çalışmaları da məhz bundan sonra başlayacaq.

 

Qeyd edək ki, iki mövsüm “Zirə”də çıxış edən Nurlan 45 çempionat oyununda 4 qol vurub.

0